Tövbə Surəsi 56. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar (əslində sizin onları öldürmənizdən ehtiyat edən, buna görə zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir.
Elmir Quliyev :
Они клянутся Аллахом, что принадлежат к вам. Однако они не принадлежат к вам. Напротив, они боязливые люди.
Ələddin Sultanov:
(Münafiqlər) Özlərinin sizdən olduqlarına dair Allaha and içərlər. Halbuki onlar sizdən deyillər. Lakin onlar qorxaq bir tayfadır.
Kerbelayi Malik ağa:
Onlar sizdən olmadıqları halda mütləq sizdən olduqlarına dair Allaha and içərlər. Onlar qorxaq bir qövmdür.
Ələsgər Musayev:
Allah ilə and içirlər ki, sizdənik onlar sizdən deyillər lakin qorxaq bir qoumdurlar.
A.Mehdiyev və D.Cəfərli:
Onlar həqiqətən sizdən olmaları barəsində Allaha and içirlər. Halbuki, onlar sizdən deyildirlər, əksinə (nifaqlarının faş olmasından) qorxan bir dəstədirlər.
Kövsər Tağıyev:
Həqiqətən, sizdən olduqları barəsində Allaha and içərlər. Halbuki onlar sizdən deyillər. Lakin onlar qorxaq bir topluluqdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allaha and içirlər ki, sizdəndirlər. Halbuki sizdən deyildirlər. Onlar qorxaq adamlardır.
Sabirə Dünyamalıyeva:
Sizdən olmadıqları halda, şübhəsiz, özlərinin həqiqətən sizdən olduqlarına dair Allaha and da içirlər. Lakin onlar daim qorxan bir tayfadır.