Əlixan Musayev:
İman gətirənlər və müttəqi olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.
Bünyadov-Məmmədəliyev:
İman gətirib (Allahdan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir.
Elmir Quliyev
:
Воистину, вознаграждение в Последней жизни лучше для тех, которые уверовали и были богобоязненны.
Ələddin Sultanov:
İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı daha xeyirlidir. (Bundan sonra Həzrət Yusif Misirdə əkinçiliyə əhəmiyyət verdi və ehtiyacdan artıq olan buğdanı ambarlara yığdırdı. Nəhayət, qıtlıq illəri gəlib çatdı və hər tərəfdən insanlar buğda ala bilmək üçün Misirə yönəldilər. Həzrət Yaqub da kiçik oğlu Bünyamindən başqa digər oğullarını buğda tədarükü üçün Misirə göndərdi.)
Kerbelayi Malik ağa:
Mütləq amənu olan kimsələr üçün axirətin əcri (mükafatı) daha xeyirlidir. Onlar təqva sahibi olmuşlar.
Ələsgər Musayev:
Axirət mükafatı xeyirlidir o kəslər üçün
ki, iman gətirib və müttəqi oldular.
A.Mehdiyev və D.Cəfərli:
Və şübhəsiz, iman gətirənlər və təqvalılar üçün axirət mükafatı daha yaxşıdır.
Kövsər Tağıyev:
Sözsüz ki, axirət mükafatı inananlar və Allaha qarşı gəlməkdən çəkinənlər üçün daha yaxşıdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Axirətin mükafatı isə iman gətirənlər və müttəqilər üçün daha xeyirlidir.
Sabirə Dünyamalıyeva:
Və iman edən və Allahın mühafizəsi altına daxil olan insanlar üçün əlbəttə axirət mükafatı daha xeyirlidir.-