Əlixan Musayev:
Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini məxsus edirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar Allaha qızlar isnad edirlər. (Mələklər Allahın qızlarıdır, deyirlər). Allah pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur. ) Özlərinə gəldikdə isə istədiklərini (oğlan uşaqlarını) aid edirdilər.
Elmir Quliyev
:
Они приписывают Аллаху дочерей. Пречист Он! Себе же они оставляют тех, кого хотят.
Ələddin Sultanov:
Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir! Arzuladıqlarını (oğlanları) da özlərinə aid edirlər.
Kerbelayi Malik ağa:
Allaha qızları isnad edirlər. O, Sübhandır və bəyəndikləri (oğlanlar) isə onların olur.
Ələsgər Musayev:
Allah üçün edirlər qızlar.
Sübhandır O! Özləri üçün nə ki, iştahalarındadır.
A.Mehdiyev və D.Cəfərli:
Və Allah üçün qızları qoyurlar (mələkləri Allahın qızları hesab edirlər) s Pakdır Allah! özləri üçün isə istədiklərini (yəni oğlanları)!
Kövsər Tağıyev:
Onlar qızları Allaha isnad edirlər – ki, O, bundan uzaqdır – özlərinə isə öz ürəklərindən keçəni.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allaha qızlar qoşurlar [Mələklərin Allahın qızları olduğunu iddia edirlər]. Ona təriflər olsun! İstədiklərini [oğlanları] isə özlərinə aid edirlər.
Sabirə Dünyamalıyeva:
Və onlar Allaha qızlar isnad edirlər. -Allah, bundan pakdır.- Özləri üçün də istədikləri oğlan uşaqlarını.