Bəqərə Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna bildirçin endirdik (və:) “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– (dedik). Onlar Bizə deyil, təkcə özlərinə zülm etdilər.
Bünyadov-Məmmədəliyev:
(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.
Elmir Quliyev :
Мы осенили вас облаками и ниспослали манну и перепелов: "Вкушайте блага, которыми Мы наделили вас". Они не были несправедливы по отношению к Нам они поступали несправедливо лишь по отношению к себе.
Ələddin Sultanov:
(Tih səhrasında) üstünüzə buludla kölgə saldıq. Sizə qüdrət halvası bildirçin göndərdik. Ruzi olaraq verdiklərimizin təmiz olanlarından yeyin! Onlar Bizə deyil, özlərinə zülm edirdilər.
Kerbelayi Malik ağa:
Buludla sizin üstünüzə kölgə saldıq. Sizə qüdrət halvası bildirçin endirdik. Sizə ruzi olaraq verdiyimiz təmiz şeylərdən yeyin. Onlar bizə zülm etmədilər, lakin onlar öz nəfslərinə zülm edirdilər.
Ələsgər Musayev:
kölgə etdik üzərinizə buludu nazil etdik üzərinizə manna səlvaYeyin teyyibdən ki, rizqləndirmişik sizi! Zülm etmədilər Bizə lakin oldular nəfslərinə zülm edənlər.
A.Mehdiyev və D.Cəfərli:
(Sina səhrasında sərgərdan qaldığınız zaman) buluddan başınız üzərində kölgəlik düzəltdik sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) bildirçin endirdik (və dedik:) «ruziniz etdiyimiz pak təamlardan yeyin.» Onlar (itaətsizlik naşükürlük etməklə) Bizə zülm etmədilər, lakin özlərinə zülm edirdilər.
Kövsər Tağıyev:
Buludu üstünüzə kölgə etdik. Sizə qüdrət halvası ilə bildirçin endirdik. “Verdiyimiz ruzilərin yaxşı gözəl olanlarından yeyin!” (dedik). Onlar (verdiyimiz nemətlərə nankorluq etməklə) bizə zülm etmədilər, fəqət özlərinə zülm edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Üstünüzə buluddan kölgə saldıq, (göydən) qüdrət halvası bildirçin endirdik: "Sizə ruzi olaraq verdiyimiz nemətlərdən yeyin !" (dedik). Onlar Bizə zülm etmədilər, ancaq özlərinə zülm etmiş oldular.
Sabirə Dünyamalıyeva:
üstünüzə o buludu kölgə etdik üstünüzə qüdrət halvası bildirçin/bal göndərdik. -Və sizə verdiyimiz ruzilərin yaxşılarından yeyin.- Onlar Bizə qarşı haqsızlıq etmədilər, lakin onlar şərik qoşmaq surətiylə öz nəfslərinə haqsızlıq edirdilər.