Həcc Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafir olub ayələrimizi yalan hesab edənləri isə rüsvayedici bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar, ayələrimizi yalan hesab edənlər isə rüsvayedici bir əzaba düçar olacaqlar!
Elmir Quliyev :
Тем же, которые не уверовали и считали ложью Наши знамения, уготованы унизительные мучения.
Ələddin Sultanov:
Kafir olub ayələrimizi yalanlayanlara gəldikdə, onlar üçün rüsvayedici bir əzab olacaqdır.
Kerbelayi Malik ağa:
Ayələrimizi inkar edənlər yalanlayanlar üçün alçaldıcı əzab vardır.
Ələsgər Musayev:
O kəslər ki, kafirdirlər yalan saydılar ayətlərimizlə Bizi– həmin onlar üçün alçaldıcı əzab var.
A.Mehdiyev və D.Cəfərli:
Küfr etmiş Bizim (tovhid, kitabın doğruluğu din) nişanələrimizi təkzib inkar etmiş kəslər üçün isə alçaldıcı əzab vardır.
Kövsər Tağıyev:
İnkar edib ayələrimizi yalan sayanlara gəlincə, onlar üçün rüsvayedici bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Küfr edib Bizim ayələrimizi yalan hesab edənlərə isə rüsvayedici bir əzab olacaqdır.
Sabirə Dünyamalıyeva:
küfr işləyən [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən] ayələrimizi təkzib edən kəslər [ki var]; alçaldıcı əzab bax onlar üçündür.