Əlixan Musayev:
Kafirlərin yer üzündə (Allahdan) yaxa qurtara biləcəklərini zənn etmə. Onların sığınacaqları yer oddur. Ora nə pis dönüş yeridir!
Bünyadov-Məmmədəliyev:
(Allahın vəhdaniyyətini inkar edən) kafirlərin yer üzündə (öz Rəbbini) aciz edə biləcəyini (Allahın əzabından qaçıb canlarını qurtara biləcəklərini) güman etməyin. Onların məskəni Cəhənnəmdir. O, necə də pis sığınacaqdır!
Elmir Quliyev
:
Не думай, что неверующие могут спастись на земле. Их пристанищем будет Огонь. Как же скверно это место прибытия!
Ələddin Sultanov:
Kafirlərin yer üzündə (Allahı) aciz qoya biləcəklərini zənn etmə! Onların sığınacaqları yer cəhənnəmdir. O nə pis qayıdış yeridir!
Kerbelayi Malik ağa:
Kafirləri yer üzündə (Allahı) aciz qoyacaqlarını güman etmə. Onların sığınacağı yer atəşdir. Dönüş yerləri mütləq pis bir yerdir.
Ələsgər Musayev:
Hesab etmə o kəslər ki, kafirdirlər, ərzdə aciz edə bilərlər. Onların yerləri oddur və çox pis qayıdışdır!
A.Mehdiyev və D.Cəfərli:
Küfr edən kəslərin yer üzündə (Allahı Öz hədəflərini gerçəkləşdirməkdə və ya düşmənlərini məhv etməkdə) aciz qoyacaqlarını güman etmə. Onların yeri oddur və (ora) doğrudan da pis bir sonluqdur.
Kövsər Tağıyev:
İnkar edənlərin (Allahı) yer üzündə aciz qoyacaqlarını sanma! Onların gedəcəyi yer cəhənnəmdir. Ora necə də pis mənzildir!
M.Qənioğlu və T.Bilaloğlu:
Elə sanma ki, kafirlər yer üzündə (Bizi) zəiflədə bilərlər. Onlann yeri cəhənnəm odudur. Nə pis bir dönüş yeridir.
Sabirə Dünyamalıyeva:
Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] yer üzündə aciz qoyacaqlarınıqətiyyən güman etmə/qətiyyən güman etməsinlər! Onların da gedəcəyi yer Atəşdir. Həqiqətən də o, necə də pis bir gediş yeridir!