Əlixan Musayev:
Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun (arvadını) geridə qalanlardan olmasına qərar verdik.
Bünyadov-Məmmədəliyev:
Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətini (əzab içində) qalanlardan olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində əzəldən belə hökm verdik).
Elmir Quliyev
:
Мы спасли его вместе с его семьей, кроме его жены. Мы предопределили ей оказаться в числе оставшихся позади.
Ələddin Sultanov:
Beləliklə, arvadı istisna olmaqla, onu və ailəsini xilas etdik. Arvadının geridə (əzaba düçar olanların arasında) qalmasını təqdir etdik.
Kerbelayi Malik ağa:
Beləcə onu və ailəsini xanımı istisna olmaqla qurtardıq. Onun geridə qalanlardan olmasına hökm verdik.
Ələsgər Musayev:
Biz nicat verdik ona və onun əhlinə, ancaq arvadından başqa, hansı ki, onu qalanlardan etdik!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə ona və ailəsinə nicat verdik, yalnız zövcəsindən savayı. (Onun məhv olan cəmiyyətdə) qalanlardan olmasını (əzəldən) təqdir etmişdik..
Kövsər Tağıyev:
Biz də övrəti xaric onu və ailəsini xilas etdik. Onun arxada qalıb həlak olmasını təqdir etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu və onun ailəsini xilas etdik, yalnız arvadından başqa. Biz onun [arvadının] qalanlardan olması qərarına gəldik.
Sabirə Dünyamalıyeva:
Belə olduqda onu və geridə qalmasını təqdir etdiyimiz zövcəsindən başqa yaxınlarını xilas etdik.