Rum Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həmin gün zalımlara bəhanələri fayda verməyəcək onlardan tövbə etmələri tələb olunmayacaqdır.
Bünyadov-Məmmədəliyev:
O gün zalımlara üzrləri heç bir fayda verməz onların tövbə etmələri (Allah rizasını diləmələri) istənilməz!
Elmir Quliyev :
В тот день беззаконникам не принесут пользы их извинения (или оправдания), и от них не потребуют покаяния.
Ələddin Sultanov:
O gün zalımlara üzrxahlıqları bir fayda verər, onlardan (Allahı) razı salmağa çalışmaları istənilər.
Kerbelayi Malik ağa:
O zaman izn günü (qiyamət günü) zalımlara bəhanələri (üzrləri) fayda verməyəcək. Onlardan (Allahı) razı etmələri istənməz.
Ələsgər Musayev:
O gün mənfəət verməyəcək o kəslərə ki, zalimdirlər, onların üzr istəmələri onların qayıtmaları da istənilməz!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə o gün zülm edənlərin üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onlardan üzr diləmələri istənilməyəcəkdir.
Kövsər Tağıyev:
O gün zülm edənlərə üzrləri fayda verməz, Allahı razı edəcək əməllər işləmə istəkləri qəbul olunmaz.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü haqsızların üzr istəmələri onlara fayda verməyəcək onlara rəhm olunmayacaqdır.
Sabirə Dünyamalıyeva:
Artıq o gün şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərə, bəhanələri fayda verməz. Onlar, bağışlanmazlar.