Əlixan Musayev:
Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.
Bünyadov-Məmmədəliyev:
Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır!
Elmir Quliyev
:
Воистину, тех, которые поносят Аллаха и Его Посланника, Аллах проклял в этом мире и в Последней жизни и уготовил им унизительные мучения.
Ələddin Sultanov:
Həqiqətən, Allahı və Onun Peyğəmbərini incidənlərə Allah bu dünyada və axirətdə lənət etmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah və Rəsuluna əziyyət edənlərə Allah dünya və axirətdə lənət etdi. Onlar üçün alçaldıcı bir əzab hazırladı.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, Allaha
və Onun rəsuluna əziyyət edirlər, Allah da onları dünya və
axirətdə lənət edib və hazır edib onlar üçün alçaldıcı əzabı.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah və Rəsulunu incidənlərə Allah dünya və axirətdə lənət etmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahı və Onun peyğəmbərini narahat edənləri Allah bu dünyada və axirətdə lənətləyər. O, onlar üçün rüsvayedici bir cəza hazırlamışdır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allaha və Elçisinə əziyyət verənlər [ki var]; Allah onları dünyada və axirətdə kənarlaşdırmışdır. Və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.