Nisa Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İman gətirib saleh əməllər işləyənləri isə (ağacları) altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik.
Bünyadov-Məmmədəliyev:
İman gətirən yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx (ləzzətli) kölgəlikdə yerləşdirəcəyik.
Elmir Quliyev :
А тех, которые уверовали и совершали праведные деяния, Мы введем в Райские сады, в которых текут реки. Они пребудут там вечно. У них там будут очищенные супруги. Мы введем их в густую тень.
Ələddin Sultanov:
İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcələr vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik.
Kerbelayi Malik ağa:
Amənu olan (nəfslərini) islahedici əməl işləyənləri altından çaylar axan cənnətlərə qoyacağıq. Onlar orada əbədi olaraq qalacaqlar. Onlar üçün orada təmiz zövcələr vardır. Onları gözəl bir kölgəlikdə yerləşdirəcəyik.
Ələsgər Musayev:
O kəslər ki, inanırlar əməli salehdirlər, daxil edərik onları bağlara cari olur altından onun nəhrlər, həmişəlik orada əbədi qalsınlar. Onlar üçün orada pak zövclər tvardır. daxil edərik onları sıx kölgəliklərə.
A.Mehdiyev və D.Cəfərli:
İman gətirib yaxşı işlər görən kəsləri tezliklə (qəsrlərinin ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik. Onlar orada həmişəlik əbədi qalarlar. Onlar üçün orada (qadınlara xas aybaşıdan, pis əxlaq əməldən, cismani eyblərdən) pak zövcələr vardır onları geniş sabit kölgə altına daxil edərik.
Kövsər Tağıyev:
İman edib saleh əməllər işləyənləri isə içindən çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Onlara orada pak zövcələr var. Onları sıx kölgələr altına yerləşdirəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirib əməlisaleh olanları isə dibindən çaylar axan cənnət bağlarına salacağıq, onlar orada əbədi qalasıdırlar. Onlar üçün orada pak zövcələr vardır. Onları sərinlik verən bir kölgəyə daxil edəcəyik.
Sabirə Dünyamalıyeva:
iman edənləri sahmana salmaq məqsədi ilə işlər görənləri içində əbədi qalmaq üçün altından çaylar axan cənnətlərə daxil edəcəyik. Onlara orada pak [kin güdməyən, qısqanclıq duymayan] zövcələr vardır. onları, sıx bir kölgəliyə daxil edəcəyik.