Tövbə Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlar bir sığınacaq ya (daldalanmaq üçün) mağaralar yaxud (gizlənməyə) bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar bir sığınacaq ya (gizlənmək üçün) mağara, yaxud girməyə bir deşik (yer) tapsaydılar, tələsik ora üz tutardılar.
Elmir Quliyev :
Если бы они нашли убежище, пещеру или укрытие, то они поспешно направились бы туда.
Ələddin Sultanov:
Əgər onlar bir sığınacaq ya mağaralar, yaxud girməyə bir yer tapsaydılar, mütləq qaçaraq ora üz tutardılar.
Kerbelayi Malik ağa:
Əgər onlar sığınacaq bir yer ya mağaralar ya girilə biləcək bir yer tapsaydılar, mütləq oraya yönəlib sürətlə üz tutardılar.
Ələsgər Musayev:
Əgər sığınacaq ya mağara ya daxil olmağa yer tapsalar, tələsən halda ora üz çevirərdilər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər bir sığınacaq, ya mağaralar, ya da zirzəmilər tapsaydılar, şübhəsiz tələsik ora üz tutardılar (ki, müsəlmanlardan uzaq olsunlar).
Kövsər Tağıyev:
Əgər sığınacaq bir yer ya (gizlənəcək) mağaralar yaxud girməyə bir deşik tapsaydılar, tələsik ora üz tutardılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar bir sığınacaq, ya mağara ya daxil olmağa bir yer tapsaydılar, dönərək ora cumardılar.
Sabirə Dünyamalıyeva:
Əgər onlar sığınmağa bir yer ya [içində] yaşamağa mağaralar yaxud girməyə bir deşik tapsaydılar, mütləq başlarını çevirib o tərəfə doğru yönələrdilər.