Əlixan Musayev:
De: “(Bunlar) Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar (buna )sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!”
Elmir Quliyev
:
Скажи: "Это — милость и милосердие Аллаха". Пусть они возрадуются этому, ибо это лучше того, что они накапливают.
Ələddin Sultanov:
De: “Allahın lütfü (İslam) və mərhəməti (Quran) ilə - məhz bunlarla sevinsinlər. Bu, onların (dünyada) yığdıqlarından daha xeyirlidir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Allahın fəzli və Onun rəhməti ilə artıq fərəhlənsinlər (sevinsinlər). O, onların topladıqları şeylərdən (dünya mallarından) daha xeyirlidir.’
Ələsgər Musayev:
De:
«Allahın fəzli və rəhməti ilə- bununla fərəhlənsinlər. O
xeyirlidir nədən ki, cəm edirlər!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır».
Kövsər Tağıyev:
De ki: “Allahın lütfü və rəhməti ilə yalnız bunlarla sevinsinlər. Bu, onların yığdıqlarından daha xeyirlidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allahın kəraməti və Onun mərhəməti ilə!" Qoy onlar bununla sevinsinlər. Bu onların toplayıb yığdıqlarından daha xeyirlidir.
Sabirə Dünyamalıyeva:
De ki: "Bunlar, Allahın ehsanı və rəhmətiylə olur. Bax, ancaq bunlara sevinsinlər. Bu, onların yığdıqlarından daha xeyirlidir."