İsra Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elə bir məmləkət yoxdur ki, Qiyamət günündən əvvəl Biz onu məhv etməyək ya onu şiddətli əzaba düçar etməyək. Bu, Kitabda yazılmışdır.
Bünyadov-Məmmədəliyev:
Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır!
Elmir Quliyev :
Нет такого поселения, которое Мы не разрушим перед наступлением Дня воскресения или не подвергнем тяжким мучениям. Так было предначертано в Писании.
Ələddin Sultanov:
Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz oranı məhv etməyək, yaxud oranı şiddətli bir əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır.
Kerbelayi Malik ağa:
Əgər bir şəhər qiyamət günündən əvvəl məhv olacaqsa, onu həlak edən ancaq Bizik ya ona (şəhər əhalisinə) şiddətli əzab edən Bizik. Bu Kitabda yazılıdır.
Ələsgər Musayev:
Əgər kənddən ancaq Biz həlak edək onu qiyamət günündən qabaq, ya əzab edək onu şiddətli əzabla. Bu, kitabda sətirlənib!
A.Mehdiyev və D.Cəfərli:
Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək ya şiddətli bir əzaba (qıtlığa, vəbaya digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır.
Kövsər Tağıyev:
qədər məmləkət varsa, hamısını qiyamət günündən əvvəl ya həlak edəcəyik ya da şiddətli bir əzabla cəzalandıracağıq. Bu, Kitabda (Lövhi-məhfuzda) yazılıdır.
M.Qənioğlu və T.Bilaloğlu:
(Əhalisi haqsız olan) elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onu məhv etməyək ya ona şiddətli cəza verməyək. Bu, Kitabda yazılmışdır.
Sabirə Dünyamalıyeva:
heç bir şəhər yoxdur ki, qiyamət günündən əvvəl Biz onu dəyişikliyə/məhvə məruz qoymayaq, yaxud şiddətli bir əzab ilə cəzalandırmayaq. Bu, kitabda sətir-sətir yazılmışdır.