Ənbiya Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Nəhayət İbrahim) bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.
Bünyadov-Məmmədəliyev:
(Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə onlara ibadət etmək ən böyük günahdır).
Elmir Quliyev :
Затем он разнес на куски всех идолов, кроме главного из них, чтобы они могли обратиться к нему.
Ələddin Sultanov:
Beləcə, (bütlərdən) böyük olanı istisna olmaqla, digərlərini parça-parça etdi ki, bəlkə, ona müraciət edələr. (Təfsirlərdə qeyd edilən rəvayətə görə, bir bayram günü Həzrət İbrahim bütləri balta ilə qırıb tökdükdən sonra baltanı qırmadığı böyük bütün boynuna asdı. Bayram şənliyindən qayıdan xalq bütlərin qırıldığını gördü.)
Kerbelayi Malik ağa:
Sonra bütləri parça-parça etdi. Onların böyük olanı xaric. Ümid edilirki, beləcə onlar ona dönərlər.
Ələsgər Musayev:
Etdi onların hamısını tikə-tikə, ancaq böyüyündən başqa, ola ki, onlar ona tərəf müraciət edələr.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə (bircə) böyüklərindən başqa onların (bütlərin) hamısını parça-parça etdi.
Kövsər Tağıyev:
(İbrahim) onları (bütləri) parça-parça edib aralarından yalnız bir böyüyünü saxladı ki, bəlkə qayıdıb ona baş çəkərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahim bütlərin hamısını qırıq-qırıq etdi. Yalnız onların böyüyünü saxladı ki, bəlkə onlar ona dönələr.
Sabirə Dünyamalıyeva:
Sonra da İbrahim, ona müraciət etsinlər deyə, böyüklərindən başqa onları parça-parça etdi.