Həcc Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə yaxud ölənlərə Allah hökmən gözəl ruzi verəcəkdir. ­­qiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır!
Bünyadov-Məmmədəliyev:
Allah yolunda hicrət edənlərə, sonra (bu yolda) öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır!
Elmir Quliyev :
Аллах непременно наделит прекрасным уделом тех, которые переселились на пути Аллаха, а затем были убиты или умерли. Воистину, Аллах Наилучший из дарующих удел.
Ələddin Sultanov:
Allah yolunda hicrət edib sonra öldürülən, yaxud ölən kimsələrə gəldikdə, əlbəttə, Allah onları gözəl bir ruzi ilə ruziləndirəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən xeyirlisidir.
Kerbelayi Malik ağa:
Allah yolunda hicrət edib sonra da öldürülən ya ölən kəslərə Allah mütləq gözəl bir ruzi verəcək. Şübhəsiz ki, Allah ruzi verənlərin ən xeyirlisidir.
Ələsgər Musayev:
O kəslər ki, Allah yolunda hicrət etdilər, sonra qətlə yetirildilər, ya öldülər, Allah onlara yaxşı ruzi nəsib edər. Həqiqətən, Allah ruzi verənlərin xeyirlisidir!
A.Mehdiyev və D.Cəfərli:
Allah Onun yolunda (cihad etmək, elm öyrənmək ya digər ilahi bir üçün) hicrət edib sonra öldürülmüş ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən Allah ruzi verənlərin ən yaxşısıdır.
Kövsər Tağıyev:
Allah yolunda hicrət edib sonra öldürülmüş ya ölmüş olanlara gəlincə, heç sübhəsiz, Allah onlara gözəl bir ruzi verəcək. Şübhə yoxdur ki, Allah ruzi verənlərin ən xeyirlisidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah yolunda hicrət edənlərə, sonra isə öldürülən ya ölənlərə Allah hökmən gözəl ruzi verəcəkdir. Şübhəsiz ki, Allah ən yaxşı ruzi verəndir.
Sabirə Dünyamalıyeva:
Allah yolunda hicrət edən, sonra öldürülən yaxud ölənlər [ki var]; həqiqətən Allah, onlara gözəl bir ruzi verəcəkdir. şübhəsiz ki, Allah, həqiqətən ruzi verənlərin ən xeyirlisidir.