Qəsəs Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa (orada) heç kəs sakin olmadı. Onlara Biz varis olduq.
Bünyadov-Məmmədəliyev:
Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət əhlini) həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan (bomboş, xaraba qalmış) yurdlarıdır. Onlara Biz varis olduq.
Elmir Quliyev :
Сколько селений, которых обуяла гордыня из-за дарованных им средств к существованию, Мы погубили! Вот их жилища, в которых никто не проживает после них, за исключением немногих. Мы унаследовали все это.
Ələddin Sultanov:
Biz mürəffəh həyatı ilə qürrələnən neçə-neçə məmləkəti məhv etdik. Bu, onlardan sonra insanların çox az məskunlaşdığı yurdlarıdır. Lakin (onların hamısına) Biz varis olduq.
Kerbelayi Malik ağa:
Azaraq güzəranlarına şükür etməyən neçə-neçə ölkəni həlak etdik. Budur onların məskənləri. Onlardan sonra az bir müddət istisna olmaqla, sakin olmadı (məskunlaşdırılmadı). Onların varisləri Bizik.
Ələsgər Musayev:
N? q?d?r h?lak etdik k?ndl?rd?n, hans? ki, oz m?is?tl?rin? f?xr edirdil?r. Budur onlardan sonra onlar?n sakinsiz qalm?s m?sk?nl?ri, ancaq az bir qismind?n basqa. Olduq Biz varisl?r.
A.Mehdiyev və D.Cəfərli:
Biz öz yaşayışlarında tüğyan təkəbbür edən neçə-neçə insan toplumlarını məhv etdik. Budur onların özlərindən sonra yalnız az bir hissəsində yaşayış olan yurdları. (Yalnız səfərə çıxmış şəxslərin müvəqqəti yaşayış yeridir). (Onlara) Biz varis olmuşuq.
Kövsər Tağıyev:
Biz bolluq firavanlıq içində azğınlaşan neçə-neçə məmləkət əhlini həlak etdik. Bu da onların özlərindən sonra çox az məskən tutulmuş yurdları! O yurdlara biz varis olduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz güzəranı ilə qürrələnən neçə məmləkəti Biz məhv etdik. Budur, onların az qismindən başqa özlərindən sonra boş qalmış viranə yurd- yuvaları. Onlara Biz varis olduq.
Sabirə Dünyamalıyeva:
Biz, öz güzaranıyla qürrələnən neçə-neçə şəhəri dəyişikliyə/məhv məruz qoyduq. Bax, budur onların yurdları! Onlardan sonra çox az yaşayış olan məskənləri. varis elə Biz Özümüzük.