Rum Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən onlara (Musanın yədi-beyzası, əsası kimi) hər hansı bir möcüzə gətirsən belə, onlar mütləq: “Siz (Peyğəmbər ona iman gətirənlər) yalançısınız!” deyəcəklər.
Elmir Quliyev :
Мы уже привели людям в этом Коране любые притчи. Если ты явишь им знамение, то неверующие непременно скажут: "Вы всего лишь приверженцы лжи".
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Onlara möcüzə gətirsən də, kafirlər mütləq: “Siz ancaq batil şeylər uydurursunuz”, - deyəcəklər.
Kerbelayi Malik ağa:
And olsun ki, bu Quranda insanlar üçün bütün məsələlərdən örnəklər verdik. Əgər onlara bir ayə gətirsən, kafirlər mütləq: ‘Siz yalnız batil ilə məşğul olan kəslərsiniz.’ deyərlər.
Ələsgər Musayev:
Əlbəttə, zərbə vurduq insanlar üçün bu Qur’anda külli məsəllərdən. Əgər gələsən onlara ayətlə, deyəcəklər o kəslər ki, kafirdirlər: «Siz ancaq batilə uyanlarsınız!»
A.Mehdiyev və D.Cəfərli:
Biz bu Qur’anda insanlar üçün hər cür məsəl çəkdik (lakin ayılmadılar) əgər onlar üçün (aydın) bir nişanə gətirsən, kafir olanlar mütləq deyəcəklər: «Siz yalnız batil əhli boş danışanlarsınız».
Kövsər Tağıyev:
And olsun, biz bu Qur`anda insanlar üçün hər cür misal çəkdik. And olsun, əgər sən onlara bir ayə gətirsən, inkar edənlər mütləq: “Siz sadəcə batil şeylər uyduranlarsınız”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz insanlar üçün bu Quranda hər cür misallar çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən belə, kafirlər mütləq: "Siz ancaq batilə uymuşlarsınız." - deyəcəklər.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Biz, insanlar üçün bu Quranda həqiqətən hər cür misallar gətirdik. and olsun ki, sən onlara bir ayə gətirsən o kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər]: "Siz, sadəcə, batil şeyləri ortaya çıxarırsınız" deyəcəklər.