Əlixan Musayev:
Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üstünə böhtanla bərabər açıq-aydın ağır bir yük götürmüşlər.
Bünyadov-Məmmədəliyev:
Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!
Elmir Quliyev
:
А те, которые незаслуженно поносят верующих мужчин и верующих женщин, взваливают на себя бремя клеветы и явного греха.
Ələddin Sultanov:
Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü incidənlər, həqiqətən, iftira və açıq-aydın bir günah yüklənmişlər.
Kerbelayi Malik ağa:
Mömin kişi və mömin qadınlara suç işləmədikləri halda əziyyət edənlər şübhəsiz ki, böhtan və açıq-aşkar günah yüklənmiş oldular.
Ələsgər Musayev:
O kəslər ki, əziyyət edirlər inanan kişilərə və inanan
qadınlara qeyrisi ilə nə ki, kəsb ediblər, fəqət yüklənmiş olurlar
böhtan və aşkar günahla.
A.Mehdiyev və D.Cəfərli:
Mömin kişiləri möminə qadınları günah etmədikləri halda incidənlər, həqiqətən, böhtan və açıq-aydın bir günah qazanmışlar (çünki onları incitmək onlara günah isnad etməkdir və bu özü böhtandır).
Kövsər Tağıyev:
Mömin kişiləri və mömin qadınları işləmədikləri əməllərdən ötrü incidənlər bir böhtan və açıq-aydın bir günah yüklənmişlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Mömin kişi və qadınlara etdikləri bir işə görə əziyyət verənlər öz üzərlərinə böhtan və açıq-aşkar günah götürürlər.
Sabirə Dünyamalıyeva:
Mömin kişilərə və mömin qadınlara kazandırtılmadıkları bir şeydən ötrü əziyyət edən kəslər də, həqiqətən, bir böhtanı və açıq-aşkar bir günahı öz üzərlərinə götürmüşlər.