Əlixan Musayev:
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.
Bünyadov-Məmmədəliyev:
Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!
Elmir Quliyev
:
Воистину, Аллах велит вам возвращать вверенное на хранение имущество его владельцам и судить по справедливости, когда вы судите среди людей. Как прекрасно то, чем увещевает вас Аллах! Воистину, Аллах — Слышащий, Видящий.
Ələddin Sultanov:
Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah əmanətləri Sahibinə təslim etməyinizi və insanlar arasında hakimlik etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edər. Şübhəsiz ki, Allah onunla sizə nə gözəl öyüd verir. Şübhəsiz ki, Allah ən yaxşı eşidən və ən yaxşı görəndir.
Ələsgər Musayev:
Həqiqətən,
Allah sizə əmr edir ki, qaytarasız əmanətləri sahiblərinə və
onda ki, insanlar arasında hökm etdiniz, ədalətlə hökm
edəsiniz! Həqiqətən, Allah bununla necədə gözəl öyüt verir
sizə! Həqiqətən, Allah oldu Səmi, Bəsir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən və görəndir.
Kövsər Tağıyev:
Allah sizə əmanətləri mütləq əhlinə verməyinizi və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən, Allah bununla sizə nə gözəl öyüd verir! Şübhəsiz ki, Allah haqqı ilə eşidəndir, haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizə əmanətləri sahiblərinə qaytarmağı, insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi buyurur. Həqiqətən, Allah sizə verdiyi ilə necə də gözəldir! Allah hər şeyi eşidəndir, görəndir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah sizə, əmanətləri öz sahiblərinə verməyi və insanlar arasında hökm verərkən ədalətlə hökm verməyi əmr edir. Şübhəsiz ki, Allah bununla sizə nə gözəl öyüd-nəsihət verir. Şübhəsiz ki, Allah, ən yaxşı eşidən, ən yaxşı görəndir.