Yunus Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız”. De: “Allahmı sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?”
Bünyadov-Məmmədəliyev:
De: “Allahın sizə ruzi olaraq (göydən) endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?”
Elmir Quliyev :
Скажи: "Что вы думаете об уделе, который ниспослал вам Аллах, часть которого вы объявили запретной, а часть дозволенной". Скажи: "Аллах позволил вам это или же вы возводите навет на Аллаха?"
Ələddin Sultanov:
De: “Allahın sizə bəxş etdiyi ruzilərin bir qismini haram, bir qismini isə halal etməyiniz barədə deyirsiniz? De ki: “(Bunu etməyə) Allah sizə izin verdi, yoxsa siz Allaha iftira yaxırsınız?”
Kerbelayi Malik ağa:
De ki: ‘Allahın sizin üçün ruzi olaraq endirdiyi şeyləri gördünüzmü?Sonra da onlardan (bir qismini) haram (bir qismini) halal etdiniz.’ De ki: ‘Allah sizə iznmi verdi, yoxsa Allaha iftiramı atırsınız?’
Ələsgər Musayev:
De: «Ə, gördünüzmü ki, Allah nazil edib sizin üçün ruzidən etdiniz ondan haram halal?» De: «Ə, Allahmı izn verib sizin üçün, yoxsa Allahın üzərinə iftira edirsiniz?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə, Allahın ruzi olaraq sizə nazil etdiyi sizin bir hissəsini haram bir hissəsini halal etdiyiniz şeydən xəbər verin.» De: «(Belə bir bölgü aparmağa) sizə Allah icazə verib, yoxsa Allaha iftira yaxırsınız?» (Hökm çıxarmaq yalnız Allaha məxsusdur, Ondan başqasına yox! Maidə surəsinin 103-cü ayəsinə, eləcə Ən’am surəsinin 138. 139-cu ayələrinə müraciət edin.)
Kövsər Tağıyev:
De ki: “Allahın sizə endirdiyi, sizin bir qismini halal, bir qismini haram saydığınız ruzilər haqqında deyirsiniz?” De ki: “Bunun üçün Allah sizə izin verdi, yoxsa Allaha iftira atırsınız?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allahın sizə göndərdiyi ruziləri gördünüzmü? Siz isə onların bir qismini haram bir qismini halal saydınız". De: “Allahmı buna sizə icazə verdi, yoxsa siz Allaha böhtan atırsınız?"
Sabirə Dünyamalıyeva:
De ki: "Gördünüzmü/heç düşündünüzmü? Allah sizin üçün qədər ruzi nazil etdi, siz onlardan bir qismini haram halal etdiniz." De ki:"Allah icazə verdimi sizə, yoxsa siz Allah adına yalanmı uydurursunuz?"