Əlixan Musayev:
Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın (möcüzə) kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
Bünyadov-Məmmədəliyev:
Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər). Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk.
Elmir Quliyev
:
Мы не отправили знамения только потому, что прежние поколения не уверовали в них. Мы даровали самудянам верблюдицу как наглядное знамение, но они поступили с ней несправедливо. Мы ниспосылаем Наши знамения только для устрашения.
Ələddin Sultanov:
Möcüzələr göndərməyimizə mane olan şey əvvəlkilərin onları yalanlamış olmasıdır. Biz Səmud qövmünə açıq-aşkar (bir möcüzə olaraq) dişi bir dəvə vermişdik. Ancaq onlar (dəvəni kəsdilər və) buna görə zalım oldular. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
Kerbelayi Malik ağa:
Bizim ayə (möcüzə) göndərməmizə mane olan şey ancaq əvvəlkilərin onu (möcüzələri) yalanlamış olmalarıdır. Səmud qövmünə gözlə görünən (bir möcüzə olaraq) dişi dəvə verdik. Sonra ona zülm etdilər. Biz ayələri (möcüzələri) qorxutmaqdan başqa bir şey üçün göndərmərik.
Ələsgər Musayev:
Bizim ayətlərlə göndərməyimizə maneə ancaq
əvvəlkilərin onu yalan sayması idi. Səmuda naqəni əta etdik ki,
bəsirətlə görsünlər. Zülm etdilər onun ilə. Biz göndəririk
ayətlərlə ancaq qorxutmaq üçün!
A.Mehdiyev və D.Cəfərli:
Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
Kövsər Tağıyev:
Bizə (Qüreyşin istədiyi) möcüzələri göndərməyə mane olan şey, ancaq əvvəlkilərin onları inkar etməsidir. (Belə ki,) Səmud qövmünə o dişi dəvəni açıq bir möcüzə olaraq verdik, onlar bu üzdən zalım oldular. Halbuki biz möcüzələri sadəcə qorxutmaq üçün göndəririk.
M.Qənioğlu və T.Bilaloğlu:
(Məhəmməd peyğəmbəri) möcüzələrlə göndərməkdən Bizi çəkindirən ancaq əvvəlkilərin onları [möcüzələri] yalan hesab etmələri oldu. Samud tayfasına dişi dəvə bəxş etdik ki, onlar üçün aşkar bir möcüzə olsun. Onlar isə ona [dəvəyə] qarşı haqsızlıq etdilər. Biz möcüzələri ancaq qorxutmaq üçün göndəririk.
Sabirə Dünyamalıyeva:
Və Bizim işarətləri/nişanələri göndərməyimizə mane olan şey, ancaq əvvəlkilərin onları yalan saymasıdır. Və Səmud [qövmünə], açıq, göz görə-görə sosial dəstək qurumlarını qurmaq işini tapşırmışdıq, ancaq bu səbəbdən haqsızlıq etdilər. Və Biz, o işarətləri/nişanələri ancaq qorxutmaq üçün göndəririk.