Kəhf Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Budur) haqsızlıq etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.
Bünyadov-Məmmədəliyev:
O məmləkətlərin əhalisini (Ad, Səmud tayfalarını) zülm etdikləri zaman məhv etdik. Biz onları məhv etmək üçün vaxt (vədə) müəyyən etmişdik.
Elmir Quliyev :
Мы погубили эти города, когда они стали поступать несправедливо, и установили для их погибели срок.
Ələddin Sultanov:
Zülm etdikləri zaman o məmləkətləri məhv etdik. Onları məhv etmək üçün müəyyən bir vaxt təyin etmişdik.
Kerbelayi Malik ağa:
O ölkələri (xalqı) zülm etdikləri zaman onları həlak etdik. Onların həlak edilməsi üçün bir zaman təyin etdik.
Ələsgər Musayev:
Bu kəndləri həlak etdik onlar zülm edərkən onların həlakı üçün müəyyən vaxt təyin etdik.
A.Mehdiyev və D.Cəfərli:
O cəmiyyətləri (Nuhun, Hudun, Salehin Lutun qövmünü) zülm etdikləri zaman həlak etdik (tələsmədik, əksinə) onların həlak olmaları üçün bir vaxt qoyduq.
Kövsər Tağıyev:
Zülm etdikləri zaman yox etdiyimiz məmləkətlər... Biz onların həlak edilməsi üçün bəlli bir vaxt təyin etmişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Budur, bu məmləkətlər haqsızlıq etdikləri zaman Biz onları məhv etdik. Biz onların məhvi üçün vaxt təyin etmişdik.
Sabirə Dünyamalıyeva:
budur, şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işlədikləri zaman dəyişikliyə/məhvə məruz qoyduğumuz şəhərlər! Biz onların dəyişikliyə/məhvə məruz qalmaları üçün müəyyən bir zaman təyin etmişdik.