Əlixan Musayev:
(Allah )onları razı qalacaqları yerə daxil edəcəkdir. Həqiqətən, Allah Biləndir, Həlimdir!
Bünyadov-Məmmədəliyev:
(Allah) onları razı qalacaqları (xoşhal olacaqları) bir yerə (Cənnətə) daxil edəcəkdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, (bəndələrinə qarşı) həlimdir!
Elmir Quliyev
:
Он непременно введет их во вход, которым они останутся довольны. Воистину, Аллах — Знающий, Выдержанный.
Ələddin Sultanov:
Həqiqətən, Allah onları razı qalacaqları bir yerə daxil edəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi biləndir, həlimdir.
Kerbelayi Malik ağa:
(Allah) onları mütləq razı olacaqları bir yerə daxil edəcək. Şübhəsiz ki, Allah mütləq ən yaxşı biləndir, Həlimdir.
Ələsgər Musayev:
Onları o yerlərə daxil edər ki,
razı olarlar. Həqiqətən, Allah Alimdir, Həlimdir!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, onları bəyəndikləri bir yerə daxil edəcəkdir. Həqiqətən Allah (onların ehtiyaclarını) bilən və həlimdir (və büna görə də düşmənlərinin məhvinə tələsmir).
Kövsər Tağıyev:
Əlbəttə, onları xoşnud olacaqları bir yerə daxil edəcək. Şübhəsiz, Allah haqqı ilə biləndir, həlimdir (dərhal cəzalandırmaz, möhlət verər).
M.Qənioğlu və T.Bilaloğlu:
O, əlbəttə, onları razı qalacaqları yerə [cənnətə] daxil edəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir, həlimdir.
Sabirə Dünyamalıyeva:
Həqiqətən onları razı qalacaqları yerə daxil edəcəkdir. Və şübhəsiz ki, Allah, həqiqətən çox yaxşı biləndir, çox həlimdir.