Əlixan Musayev:
Sizin uşaqlar da həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilər (yanınıza girmək üçün) izn istədikləri kimi izin istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Sizdən olan uşaqlar da həddi-buluğa çatanda (yanınıza daxil olmaq istədikləri zaman) özlərindən əvvəlkilər kimi izin istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
Когда дети из вашего числа достигнут половой зрелости , то пусть они спрашивают разрешения, как спрашивают разрешения те, кто старше их. Так Аллах разъясняет вам Свои знамения. Аллах — Знающий, Мудрый.
Ələddin Sultanov:
Sizdən uşaq olanlar həddi-büluğa çatdıqları zaman özlərindən əvvəlkilərin icazə istədikləri kimi icazə istəsinlər. Allah sizin üçün ayələrini belə açıqlayır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Sizin uşaqlardan həddi-buluğa çatdığı zaman onlardan əvvəlkilərin icazə istədiyi kimi bundan sonra icazə istəsinlər. Beləcə Allah sizə ayələrini açıqlayır. Allah Alimdir, Hakimdir.
Ələsgər Musayev:
Onda ki, tifilləriniz həddi buluğa yetişdilər, gərək icazə alsınlar nə qədər onlardan qabaqkılar icazə alırdılar. Belə bəyan edir Allah sizin üçün Öz ayətlərini və Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Uşaqlarınız (da) həddi-buluğa çatan zaman(dan sonra) onlardan qabaqkılar (onlardan qabaq həddi-buluğa çatmış şəxslər) icazə aldıqları kimi (sizin yatdığınız yerə daxil olmaq üçün həmişə) icazə almalıdırlar. Allah Öz ayələrini (hökmlərini) sizin üçün bu cür açıqlayır. Allah bilən və hikmət sahibidir.
Kövsər Tağıyev:
Uşaqlarınız həddi-büluğa çatdığı zaman onlardan əvvəlkilərin izin istədiyi kimi izin istəsinlər. Allah ayələrini sizə belə açıqlayır. Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin uşaqlar həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilərin icazə aldığı kimi (evə daxil olmağa) icazə alsınlar. Allah ayələrini sizə belə bəyan edir. Axı Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Və sizdən olan uşaqlar həddi-büluğa çatdıqda, özlərindən əvvəlki kəslər; böyük qardaşları, böyük bacıları kimi icazə istəsinlər. Allah Öz ayələrini sizin üçün belə izah edir və Allah çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.