Əlixan Musayev:
De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə! (Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları (bütlər)?!
Elmir Quliyev
:
Скажи: "Хвала Аллаху, и мир Его избранным рабам! Аллах лучше или те, кого вы приобщаете в сотоварищи?"
Ələddin Sultanov:
De: “Həmd olsun Allaha! Seçmiş olduğu qullarına da salam olsun! Allah xeyirlidir, yoxsa onların şərik qoşduqları?
Kerbelayi Malik ağa:
De ki: ‘Həmd Allaha aiddir. Salam onun seçdiyi qullarının üzərinədir. Allahmı, yoxsa onların şirk qoşduğu şeylərmi xeyirlidir?’
Ələsgər Musayev:
De: «Həmd Allah üçündür və salam olsun üzərində Onun bəndələrinin – o kəslərin ki, O seçmişdir! Ə, Allahmı xeyirlidir, yoxsa şərik qoşduqları?
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) de: «Şükr və sitayiş Allaha məxsusdur. Salam olsun Onun seçdiyi bəndələrinə (peyğəmbərlərə, onların canişinlərinə və saleh- əməlli möminlərə); Allah daha yaxşıdır, yoxsa onların Allaha şərik qoşduqları?!»
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “Həmd Allaha məxsusdur. Onun seçdiyi qullarına salam olsun. Allah daha xeyirlidir, yoxsa onların şərik qoşduqları?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Allaha həmd olsun, Onun seçmiş olduğu bəndələrinə salam olsun! Allah yaxşıdır, yoxsa Ona qoşduğnuz şərikləriniz?
Sabirə Dünyamalıyeva:
De ki: "Bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz. Salamatlıq, təhlükəsizlik də seçərək təmiz, pak hala gətirdiyi bəndələrinə məxsusdur. Allahmı xeyirlidir, yoxsa onların şərik qoşduğu şeylərmi?"