Əlixan Musayev:
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
О Пророк! Скажи твоим женам, твоим дочерям и женщинам верующих мужчин, чтобы они опускали на себя (или сближали на себе) свои покрывала. Так их будут легче узнавать (отличать от рабынь и блудниц) и не подвергнут оскорблениям. Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə (evlərindən çıxdıqları zaman) çarşablarını örtmələrini söylə! Bu, onların tanınmaları və incidilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Ey Nəbi (Peyğəmbər)! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına (mömin qadınlara) söylə, örtüklərini örtünsünlər. Bu, onların (cariyə olmadıqlarının, azad və iffətli qadın olduqlarının) bilinməsi və onlara əziyyət edilməməsi üçün daha uyğundur. Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Ay nəbi! De zövcələrin üçün və
qızların üçün və inananların qadınları üçün, cüssələrini
örtükləri ilə örtsünlər. Bu, onların nəcib tanınıb və əziyyət
edilməməsinə daha yaxındır. Oldu Allah Ğəfur, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir.
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Xanımlarına, qızlarına və möminlərin xanımlarına de ki, bədənlərini örtəcək libaslarını geyinsinlər. Bu, onların tanınıb incidilməmələri üçün daha münasibdir. Həqiqətən, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbər! Öz zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, qoy onlar (bir yerə çıxarkən) öz çadralarına tam bürünsünlər. Bu tanınıb narahat edilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, üstlərinə üst patlarlarıyla örtsünlər. Tanınıb əziyyət edilməmələri üçün, bu daha münasibdir. Allah çox bağışlayandır və çox mərhəmət edəndir.