Sad Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Kafirlərin başçılarına deyiləcək): “Bu sizinlə birlikdə (Cəhənnəmə) girən dəstədir. (Başçılar deyəcəklər:) “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”.
Bünyadov-Məmmədəliyev:
(Mələklər kafirlərin dünyadakı başçılarına onlara tabe olanları göstərib deyəcəklər: ) “Bu sizinlə birlikdə (Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar deyəcəklər: ) “Onlar rahatlıq üzü görməsinlər! (Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!”
Elmir Quliyev :
Неверующие скажут: "Вот толпа, ввергаемая вместе с вами. Нет им приветствия! Воистину, они будут гореть в Огне!"
Ələddin Sultanov:
(Kafirlərin başçılarına belə deyiləcək:) “Bu, sizinlə birlikdə (cəhənnəmə) girəsi dəstədir”. (Bu zaman başçılar dəyəcəklər:) “Onlar rahatlıq üzü görməsinlər! Onlar cəhənnəmə girəcəklər”.
Kerbelayi Malik ağa:
Bu qrup da sizinlə birlikdə (əzaba) dözəcək olanlardır. Onlara rahatlıq yoxdur (onlara salam olmasın). Şübhəsiz ki, onlar atəşə girəcək olanlardır.
Ələsgər Musayev:
Bu, dəstədir ötüşürlər sizinlə: «Yoxdur mərhaba onlar ilə, həqiqətən, onlar vasil olacaqlar oda!»
A.Mehdiyev və D.Cəfərli:
(Davamçıları cəhənnəm oduna daxil olan zaman azğınlıq alimlərinə zülmkar başçılara belə deyiləcək:) «Bunlar (dünyada sizə tabe olan indi) sizinlə birlikdə məcburi şəkildə oda daxil olan bir dəstədirlər.» (Onlar deyəcəklər:) «Xoşluq rahatlıq görməsinlər! Çünki onlar da oda daxil olan onu dadanlardır.»
Kövsər Tağıyev:
Budur (əzab), onu dadsınlar. Bir qaynar su bir irin.
M.Qənioğlu və T.Bilaloğlu:
(Kafirlərin başçılarına deyirlər): "Bu, sizinlə birlikdə (cəhənnəmə) atılacaq dəstədir". Onlar isə: "Bunlara salam [salamatlıq] yoxdur, onlar odda yanasıdırlar", - deyərlər.
Sabirə Dünyamalıyeva:
Bax onlar da sizinlə birgə, atılmış kimi daxil olan bir dəstədir. Onlar bir rahatlıq üzü görməyəcəklər. Şübhəsiz, onlar, cəhənnəmə salladıldılar.