Əlixan Musayev:
O Saat mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların əksəriyyəti (buna) inanmır.
Bünyadov-Məmmədəliyev:
O, saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu (buna) inanmaz!
Elmir Quliyev
:
Час непременно наступит, и в нем нет сомнения. Однако большинство людей не верует.
Ələddin Sultanov:
Qiyamət mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların çoxu buna inanmır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, haqqında şübhə olmayan o saat (qiyamət) mütləq gələcəkdir. Lakin insanların çoxu inanmazlar.
Ələsgər Musayev:
Həqiqətən, saat gəlir – onda şübhə yoxdur və lakin
əksəriyyəti insanların inanmırlar!
A.Mehdiyev və D.Cəfərli:
Qiyamət günü mütləq gələcəkdir (və əqli və nəqli dəlillər baxımından) onun baərsində bir şübhə yoxdur. Lakin insanların çoxu iman gətirmir.
Kövsər Tağıyev:
Qiyamət günü mütləq gələcək, bunda heç bir şübhə yoxdur. Ancaq insanların çoxu buna inanmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, o saat [qiyamət] gələcəkdir, ona heç bir şübhə yoxdur. Lakin insanların çoxu inanmır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, o qiyamətin qopma anı, əlbəttə gələcəkdir. Ona heç şübhə yoxdur. Lakin, insanların çoxu inanmırlar.