Zariyat Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
Bünyadov-Məmmədəliyev:
Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti vardır! (Allaha şərik qoşmaqla özlərinə zülm edən Məkkə müşriklərini əvvəlki ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!
Elmir Quliyev :
Воистину, тем, которые поступали несправедливо, уготована доля наказания, подобная доле их товарищей. Пусть же они не торопят Меня.
Ələddin Sultanov:
Həqiqətən, zülm edənləri (keçmiş) yoldaşları kimi əzab qisməti gözləyir. Buna görə onlar Məni tələsdirməsinlər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, zülm edənlərin (əzabdan) nəsibi, yoldaşlarının nəsibi (əzabı) kimidir. Artıq Məni tələsdirməsinlər.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər üçün ki, zalimdirlər, günah misli günahı yoldaşlarının Məni tələsdirməsinlər.
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, həqiqətən (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə (onu) Məndən tələsik istəməsinlər.
Kövsər Tağıyev:
Şübhəsiz, zülm edənlər üçün (əvvəlki müşrik) yoldaşlarının əzab payı kimi payları var. Artıq əzabımı tələsik istəməsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqsızlıq edənlər üçün (özlərindən əvvəlki) dostlarının qismətinə bənzər bir qismət vardır. Qoy onlar Məni tələsdirməsinlər!
Sabirə Dünyamalıyeva:
Artıq, şübhəsiz, şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlər üçün yoldaşlarının payı kimi bir pay vardır. Artıq tələsməsinlər.