Ənfal Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qoy kafirlər (əzabdan) qaça biləcəklərini zənn etməsinlər. Çünki onlar (ondan) yaxa qurtara bilməzlər.
Bünyadov-Məmmədəliyev:
(Bədr müharibəsində qaçıb) canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!)
Elmir Quliyev :
Пусть не думают неверующие, что они опередят других. Воистину, им не сбежать.
Ələddin Sultanov:
Kafirlər (xilas olub) önə keçdiklərini zənn etməsinlər! Şübhəsiz ki, onlar (Bizi) aciz qoya bilməzlər.
Kerbelayi Malik ağa:
İnkar edənlər əsla xilas olduqlarını sanmasınlar. Şübhəsiz ki, onlar (Allahı) aciz qoya bilməzlər.
Ələsgər Musayev:
Hesab etməsinlər o kəslər ki, kafirdirlər, onlar qabağa düşüblər. Həqiqətən, onlar aciz edə bilməzlər!
A.Mehdiyev və D.Cəfərli:
Kafirlər əsla irəli keçmiş olduqlarını (Bizim səltənətimizdən xaric olduqlarını) zənn etməsinlər. Şübhəsiz, onlar Bizi aciz edə bilməzlər (Bizim əzabımızdan qaçıb qurtula bilməzlər).
Kövsər Tağıyev:
İnkar edənlər əsla qurtulduqlarını zənn etməsinlər. Çünki onlar (sizi) aciz qoya bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy kafirlər yaxalarını qurtardıqlarını zənn etməsinlər. Doğrudan da onlar (Allahı) aciz edə bilməzlər.
Sabirə Dünyamalıyeva:
Kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər], əsla irəli keçmiş olduqlarını zənn etməsinlər. Şübhəsiz ki, onlar aciz qoya bilməzlər.