Əlixan Musayev:
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).
Bünyadov-Məmmədəliyev:
Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır).
Elmir Quliyev
:
Нет на земле ни единого живого существа, которого Аллах не обеспечивал бы пропитанием. Аллах знает их место пребывания и место хранения (утробы матерей или могилы). Все это записано в Ясном Писании.
Ələddin Sultanov:
Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların məskunlaşdığı yeri də, (öldükdən sonra) qoyulacaqları yeri də bilir. Bunların hamısı açıq-aydın bir kitabdadır.
Kerbelayi Malik ağa:
Yer üzündə gəzən elə bir canlı yoxdur ki, onun ruzisi Allaha aid olmasın. Onun qərar tutduğu (qaldığı) yeri və onun əmanət olaraq qaldığı yeri bilir. Hamısı Kitabı Mübindədir.
Ələsgər Musayev:
Yoxdur ərzdə elə bir canlı ki, onun ruzisi Allaha məxsus
olmasın. O bilir onun qərar tapacağı yeri və onun müvəqqəti
yerini. Külli aşkar kitabdadır.
A.Mehdiyev və D.Cəfərli:
Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir və O, onların əsl məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. [Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.] (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur.
Kövsər Tağıyev:
Yer üzündə heç bir canlı yoxdur ki, ruzisi Allaha aid olmasın. Hər birinin (dünyada) qərar tutduqları yeri də, (öldükdən sonra) əmanət olaraq qoyulacaqları yeri də O bilir. Bunların hamısı açıq bir kitabda (Lövhi-məhfuzda yazılı)dır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. O, onların olduqları və (ölümündən sonra) olacaqları yerləri bilir. Bunların hamısı aydın Kitabda vardır.
Sabirə Dünyamalıyeva:
Və yer üzündə heç bir kiçik-böyük canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah, onun yaşayış yerində də, müvəqqəti olduğu yeri[#204] də bilir. Hamısı açıq-aşkar bir kitabdadır.