Əlixan Musayev:
O zaman Musa öz xalqına demişdi: “Allahın sizə verdiyi neməti xatırlayın. O, sizi Firon əhlindən xilas etdi. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq var idi”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi: “Allahın sizə bəxş etdiyi neməti yadınıza salın, çünki O sizi Firon əhlinin əlindən qurtardı. Onlar sizə dəhşətli əzab verir, oğullarınızı öldürüb, qadınlarınızı (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan vardır!
Elmir Quliyev
:
Вот Муса (Моисей) сказал своему народу: "Помните милость, которую Аллах оказал вам, когда спас вас от народа Фараона. Они подвергали вас ужасным мучениям, резали ваших сыновей и оставляли в живых ваших женщин. Это было для вас великим испытанием (или великой милостью) от вашего Господа".
Ələddin Sultanov:
O zaman Musa öz qövmünə belə demişdi: “Allahın sizə olan nemətini xatırlayın! Çünki O, sizə şiddətli işgəncə verən və (yeni doğulan) uşaqlarınızı öldürüb qadınlarınızı sağ buraxan Firon ailəsindən sizi xilas etdi. (Bütün) bunlarda Rəbbinizdən sizin üçün böyük bir imtahan vardır”.
Kerbelayi Malik ağa:
Musa (ə.s) qövmünə belə demişdi: ‘Allahın üzərinizdəki nemətini xatırlayın! Sizi Firon əhlindən qurtarmışdı. Sizə şiddətli əzab verir, oğlanlarınızı öldürür və qadınlarınızı sağ buraxırdılar. Bunlarda Rəbbinizdən böyük bir imtahan vardır.’
Ələsgər Musayev:
Onda Musa öz qoumuna dedi: «Allahın sizə olan
nemətini yad edin. Onda sizə Firaun ailəsindən nicat verdi,
sizə pis əzab verirdilər. Oğullarınızı öldürüb və qadınlarınızı
diri saxlayırdılar. Bunda sizin üçün Əzim Rəbbinizdən bəla
vardır!
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allahın sizi fironçulardan u sizə pis işgəncələr verən, oğlanlarınızı kütləvi şəkildə qətlə yetirən və qadınlarınızı (xidmət etmək üçün) diri saxlayanlardan nicat verən zaman sizə olan nemətini xatırlayın. Bu işdə sizin üçün Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».
Kövsər Tağıyev:
Bir vaxt Musa öz qövmünə: “Allahın sizə olan nemətini xatırlayın. Bir vaxt O, sizi Firon ailəsindən xilas etmişdi. Onlar sizi ən ağır işgəncələrə məruz qoyur, oğullarınızı boğazlayıb qadınlarınızı sağ buraxırdılar. Bunda sizə Rəbbinizdən böyük bir imtahan vardı”, – demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Musa öz camaatına demişdi: “Allahın sizə olan nemətini yada salın. O, o zaman sizi Firon camaatından qurtarmışdı. Onlar sizi dəhşətli əziyyətlərə məruz qoyurdular. Oğullarınızın boğazlarını kəsib (öldürər), qadınlarınızı diri saxlayırdılar. Bunda Rəbbinizdən sizə böyük bir sınaq vardı.
Sabirə Dünyamalıyeva:
Və bir vaxt Musa öz qövmünə demişdi ki: "Allahın sizə olan nemətini xatırlayın; o vaxt O, sizə ən pis işgəncələr edən, oğullarınızı öldürən; təhsilsiz, tərbiyəsiz saxlayıb cahil [qara] bir kütləyə çevirərək zəiflədən və qadınlarınızı utanca boğan Firon ailəsindən qurtardı. Və bax bunda, Rəbbiniz tərəfindən sizə çox böyük yıpranarak verəcəyiniz bir imtahan vardır.