Hicr Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Kafirlər) dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər Peyğəmbərə) belə dedilər: “Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən!
Elmir Quliyev :
Они сказали: тот, кому ниспослано откровение! Воистину, ты одержимый.
Ələddin Sultanov:
Onlar dedilər: “Ey özünə Zikr (Quran) nazil edilən kəs! Həqiqətən, sən divanəsən!
Kerbelayi Malik ağa:
‘Ey özünə zikr endirilən! Həqiqətən sən mütləq məcnunsan (dəlisən).’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ay o kəs ki, nazil olub üzərinə yad etmə, həqiqətən, sən məcnunsan!
A.Mehdiyev və D.Cəfərli:
(istehza məqsədi ilə Peyğəmbərə) dedilər: «Ey bu zikr (Qur’an) nazil olan şəxs, həqiqətən sən dəlisən!»
Kövsər Tağıyev:
Dedilər ki: “Ey özünə Zikr (Qur`an) endirilən kəs! Sən həqiqətən, dəlisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [müşriklər] dedilər: “Ey özünə zikr [öyüdverici Quran] nazil edilmiş kəs! Sən doğrudan da dəli-divanəsən.
Sabirə Dünyamalıyeva:
onlar: "Ey Öyüd/Quran nazil edilən adam! Şübhəsiz ki, sən gizli gücləri olan/məcnun birisən.