Kəhf Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!
Elmir Quliyev :
Ты можешь погубить себя от скорби по их следам (скорбя о том, что они отворачиваются от истины), если они не уверуют в это повествование?
Ələddin Sultanov:
Onlar bu sözə (Qurana) inanmadılar deyə az qala onların arxasınca kədərlənərək özünü həlak edəcəksən!
Kerbelayi Malik ağa:
Bundan sonra əgər onlar bu Kitaba inanmazlarsa, onların arxasınca kədərlənərək az qala özünü həlak edəcəksən.
Ələsgər Musayev:
Ola ki, həlak edəsən nəfsini üzərində əsərlərinin, əgər inanmayalar bu hədislə, təəssüflənərək?
A.Mehdiyev və D.Cəfərli:
Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!
Kövsər Tağıyev:
Onlar bu sözə (Qur`ana) inanmasalar, deməli sən onların arxalarınca kədərlənib özünü həlak edəcəksən!
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bu Kitaba inanmadıqları üçün sən qəzəb məyusluqdan onların bu əməlindən sonra bəlkə özünü məhv etmək istəyirsən?!
Sabirə Dünyamalıyeva:
Sonra da sən, onlar bu Qurana inanmasalar, onların etdiklərindən ötrü, kədərdən az qala özünü həlak edəcəksən!