Ənbiya Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlarmı iman gətirəcəklər?
Bünyadov-Məmmədəliyev:
Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət (əhli möcüzələrlə gəlmiş peyğəmbərlərinə) iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?
Elmir Quliyev :
Ни одно из селений, которые Мы погубили до них, не уверовало. Неужели они уверуют?
Ələddin Sultanov:
Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət iman gətirməmişdi. İndi onlarmı iman gətirəcəklər?
Kerbelayi Malik ağa:
Onlardan əvvəl həlak etdiyimiz ölkələrdən heç biri iman etmədilər. Elə isə onlarmı iman edəcəklər?
Ələsgər Musayev:
Inanmadı onlardan qabaq həlak etdiyimiz kəndlərdən heç biri. Ə, onlarmı inanacaqlar?
A.Mehdiyev və D.Cəfərli:
Onlardan qabaq da Bizim həlak etdiyimiz toplumların heç biri iman gətirmədi. Bunlar iman gətirəcəklər?!
Kövsər Tağıyev:
Onlardan əvvəl həlak etdiyimiz heç bir məmləkətin xalqı iman etmədi. İndi bunlarmı iman edəcəklər?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan əvvəl Bizim məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. Yəni bunlar inanarlar ?
Sabirə Dünyamalıyeva:
Onlardan əvvəl yox etdiyimiz heç bir məmləkət iman etməmişdi. İndi bunlarmı iman gətirəcəklər?