Nur Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Arvadlarını (zinada) günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması,
Bünyadov-Məmmədəliyev:
Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir.
Elmir Quliyev :
А свидетельством каждого из тех, которые обвиняют своих жен в прелюбодеянии, не имея свидетелей, кроме самих себя, должны быть четыре свидетельства Аллахом о том, что он говорит правду,
Ələddin Sultanov:
Zövcələrinə zina isnad edib, özlərindən başqa şahidləri olmayanlara gəldikdə, onlardan hər biri özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə Allah adına and içərək şahidlik etməlidir.
Kerbelayi Malik ağa:
Zövcələrinə zina böhtanı atanlar, özlərindən başqa şahidləri yoxsa, o zaman onların hər birinin şahidliyi- özünün şübhəsiz doğru söyləyənlərdən olduğuna dair dörd dəfə Allaha and içərək şahidlik etməsidir.
Ələsgər Musayev:
O kəslər ki, öz zövclərini böhtanlayırlar öz nəfslərindən başqa şahidləri olmaya, onların hər biri gərək dörd dəfə Allah şahad tutalar ki, həqiqətən, o, sadiqlərdəndir
A.Mehdiyev və D.Cəfərli:
Öz arvadlarına zina isnad verib özlərindən başqa bir şahidləri olmayan kişilərin birinin (dörd şahid gətirmədiyi üçün, töhmət vuran şəxslərə təyin edilmiş cəza növünü onun boynundan götürən) şahidliyi özünün doğruçulardan olması barəsində Allaha dörd dəfə (and içərək) şahidlik etməsidir. (O, dörd dəfə belə deməlidir: «Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm.»)
Kövsər Tağıyev:
Zövcələrinə zina isnad edib özlərindən başqa da şahidləri olmayanlara gəlincə onların hər birinin şahidliyi özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə Allaha and içərək şahidlik etməsi,
M.Qənioğlu və T.Bilaloğlu:
Arvadlarını (zinada) günahlandırıb özlərindən başqa şahidlər gətirməyənlərdən hər birinin şahidliyi doğru danışdığı barədə dörd dəfə Allaha şəhadət verməsidir
Sabirə Dünyamalıyeva:
Zövcələrinə zina isnad edib özlərindən başqa şahidləri olmayanlar [ki var]; onların hər birinin şahidliyi, özünün doğru danışanlardan olduğuna dair dörd dəfə [Allahı şahid tutmaq],