Furqan Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Onu göylərdə yerdə olan sirləri bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Onu (Quranı) göylərin yerin sirrini bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, (möminləri) bağışlayandır, rəhm edəndir!”
Elmir Quliyev :
Скажи: "Ниспослал его Тот, Кому известны тайны на небесах и на земле. Он Прощающий, Милосердный".
Ələddin Sultanov:
De: “Onu göylərin yerin sirrini bilən Allah nazil etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Onu göylərin yer üzünün sirrini bilən nazil etdi. Şübhəsiz ki, O, Ğafurdur, Rəhimdir.’
Ələsgər Musayev:
De: «Onu nazil edən Odur ki, səmalarda ərzdə olan sirləri bilir. Həqiqətən, O oldu Ğəfur, Rəhim!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Onu (Qur'anı) göylərdə yerdə olan örtülü sirləri (məxluqatın elm hisslərinin çərçivəsindən xaric olanları) bilən (Allah) nazil etmişdir.» Həqiqətən O, çox bağışlayan mehribandır (və bu səbəbdən kafirlərə əzab göndərməkdə tələsmir).
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “O kitabı göylərin yerin sirrini bilən nazil etmişdir. Şübhəsiz, O, bağışlayandır, çox mərhəmət edəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Onu göylərdə yerdə olan sirləri bilən nazil etmişdir. O, bağışlayandır, rəhmlidir."
Sabirə Dünyamalıyeva:
De ki: "Onu göylərdə yerdə olan sirri bilən nazil etmişdir. Şübhəsiz ki, O, bağışlayandır, rəhm edəndir."