Nəml Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, sən Quranı Müdrik Bilən (Allahdan) alırsan.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur.
Elmir Quliyev :
Воистину, ты получаешь Коран от Мудрого, Знающего.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Həqiqətən, Quran sənə hikmət sahibi hər şeyi bilən Allah tərəfindən verilir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, (Bu) Quran, sənə mütləq Hakim (hökm hikmət sahibi) Alim Olanın dərgahından təlqin edilir (çatdırılır).
Ələsgər Musayev:
Həqiqətən, sən alırsan Qur’anı Həkimdən, Alimdən.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Həqiqətən, bu Qur’an hikmətli olan (hər şeyi) bilən (Allah) tərəfindən sənə verilir.
Kövsər Tağıyev:
Şübhəsiz, bu Qur`an hökm hikmət sahibi, haqqı ilə bilən Allah tərəfindən sənə verilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Quran sənə hikmət bilik sahibi Allahdan təlqin olunur.
Sabirə Dünyamalıyeva:
-Şübhəsiz, bu Quran isə sənə, qanunlar qoyan ən yaxşı bilən Allah tərəfindən sənin qəlbinə yeridilməkdədir