Rum Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Budur )Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
(Bu zəfəri Kitab əhlinə) Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!
Elmir Quliyev :
Таково обещание Аллаха, и Аллах не нарушает Своего обещания, однако большинство людей не знают этого.
Ələddin Sultanov:
Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir.
Kerbelayi Malik ağa:
(Bu), Allahın vədidir. Allah vədindən dönməz. Lakin insanların çoxu bilməzlər.
Ələsgər Musayev:
Vəd Allahındır xilaf etməz Allah vədinə, lakin əksər insan bilməz!
A.Mehdiyev və D.Cəfərli:
Allahın vədidir, Allah əsla Öz vədinə xilaf çıxmaz, lakin camaatın əksəriyyəti (bunu) bilmir (Allahı tanımır Allah barəsində vədə xilaf çıxmaq məsələsinin qeyri mümkün olduğunu bilmir).
Kövsər Tağıyev:
Allah (onlara zəfər barəsində) bir vəd vermişdir. Allah öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmır, lakin adamların çoxu bilmir.
Sabirə Dünyamalıyeva:
O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, geniş mərhəmət sahibidir.