Əlixan Musayev:
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır.
Bünyadov-Məmmədəliyev:
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində sizə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib varislər məsələsində üstünlük qohumlara verildi. Qohum olmayan möminlərin bir-birinə vərəsə olması isə yalnız vəsiyyət yolu ilə mümkün hesab edildi).
Elmir Quliyev
:
Пророк ближе к верующим, чем они сами , а его жены — их матери. В соответствии с предписанием Аллаха, кровные родственники ближе друг к другу, чем верующие и мухаджиры, если только вы не сделаете добро своим друзьям. Так было записано в Писании (Хранимой скрижали).
Ələddin Sultanov:
Peyğəmbər möminlərə özlərindən daha yaxındır. Peyğəmbərin zövcələri də onların analarıdır. Qohum olanlar Allahın Kitabına görə (vərəsəlik baxımından) bir-birlərinə digər möminlərdən və mühacirlərdən daha yaxındırlar. Ancaq dostlarınıza vəsiyyət edə bilərsiniz. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır. (Daha əvvəl möminlər bir ailə kimi bir-birlərinin varisi olduqları halda bu ayə ilə vərəsəlikdə qohumlara üstünlük verilmişdir.)
Kerbelayi Malik ağa:
Nəbi (Peyğəmbər) möminlər üçün öz nəfslərindən daha yaxındır. Onun (Nəbinin) zövcələri onların analarıdır. Qohumlar bir-birlərinə Allahın Kitabında möminlərə və mühacirlərə yaxın olduqlarından daha yaxındır. Ancaq dostlarınıza yaxşılıq etməyiniz istisnadır. Bunlar Kitabda yazılıdır.
Ələsgər Musayev:
Nəbi yaxındır möminlərə onların öz nəfslərindən.
Onun zövcələri onların analarıdır. Allahın kitabında
qohumluqda olanların bəziləri bəzisindən yaxındır - həm
möminlərdən və həm mühacirlərdən. Ancaq ki, fəaliyyət edə
bilərsiniz dostlarınıza mərifətnən. Bu, kitabda sətirlənib!
A.Mehdiyev və D.Cəfərli:
Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir) və onun zövcələri (onların ehtiramının saxlanması və onlarla evliliyin haram olması baxımından) onların (möminlərin) anaları (hökmündə)dir. Qohumlar (vərəsəlik məsələsində) bir-birlərinə Allahın kitabında (Lövhi-Məhfuzda, ya Qur’anda) möminlərdən və mühacirlərdən daha layiqdirlər, amma əgər (varis olmayanlara) öz dostlarınıza (mal vəsiyyət etməklə) yaxşılıq etmək istəsəniz bu istisnadır. Bu, (hökm, qədim zamanlardan bəri) kitabda (Lövhi – Məhfuzda, yaxud Qur’anda) yazılmışdır.
Kövsər Tağıyev:
Peyğəmbər möminlərə öz canlarından daha yaxındır. Onun zövcələri də möminlərin analarıdır. Aralarında qohumluq əlaqəsi olanlar Allahın kitabına görə (miras barəsində) bir-birilərinə (digər) möminlərdən və mühacirlərdən daha yaxındırlar. Ancaq dostlarınıza bir yaxşılıq etməyiniz istisnadır. Bu, (hökm) Kitabda yazılıdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır, onun arvadları isə onların analarıdır. Qohumlar Allahın Kitabına görə varislikdə (bir-birlərinə) möminlərdən və hicrət edənlərdən daha yaxındılar. Öz dostlarınıza isə bir yaxşılıq etməyi özünüz bilərsiniz. Bu Kitabda yazılmışdır.
Sabirə Dünyamalıyeva:
Peyğəmbər, möminlərə öz nəfslərindən daha yaxındır, Peyğəmbərin zövcələri möminlərin analarıdır. Və qohumlar, Allahın yazısında hamısı eyni dərəcədədir, -himayəçi yaxınlarınıza hər kəs tərəfindən məqbul sayılan bir davranış nümayiş etdirməyiniz istisna olmaqla- möminlərdən və mühacirlərdən daha üstündürlər. Bu, kitabda yazılmışdır.