Sad Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların adlı-sanlı adamları çıxıb gedərək (dedilər): “Gedin öz məbudlarınızla səbrlə davranın. Doğrusu, bu (sizdən) istənilən bir şeydir.
Bünyadov-Məmmədəliyev:
Onların əyanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir).
Elmir Quliyev :
Знатные люди из их числа удалились со словами: "Ступайте и терпите за ваших богов. Воистину, это некий замысел (или нечто желанное).
Ələddin Sultanov:
Onların başçıları çıxıb gedərək: “Gedin öz ilahlarınıza bağlı qalın! Şübhəsiz ki, istənilən şey budur.
Kerbelayi Malik ağa:
Onların öndərləri: ‘Gedin! İlahlarınıza qarşı səbirli (möhkəm) olun. Şübhəsiz ki, sizdən istənilən mütləq budur.’ (deyərək) ayrıldılar.
Ələsgər Musayev:
Bizim aramızda məlum məqamı olmayan yoxdur.
A.Mehdiyev və D.Cəfərli:
Onların böyükləri başçıları (Qüreyş müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur).
Kövsər Tağıyev:
dedilər: “Bu, yalançı bir sehrbazdır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların əyanları çıxıb gedərək dedilər: "Gedin öz tanrılarınıza səbrlə ibadət edin! İstənilən şey elə budur!
Sabirə Dünyamalıyeva:
adlı-sanlı adamları yeridilər: "Məbudlarınız üzərində möhkəm dayanın sözünüzdən, qərarınızdan dönməyin. Həqiqətən bu, sizdən gözlənilən bir şeydir!