Mömin Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin Sözü beləcə həqiqətə çevrildi.
Bünyadov-Məmmədəliyev:
Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü (hökmü) belə gerçəkləşdi!
Elmir Quliyev :
Так сбылось Слово твоего Господа относительно того, что неверующие окажутся обитателями Огня.
Ələddin Sultanov:
Beləcə, kafirlərin cəhənnəm əhli olduqlarına dair Rəbbinin sözü həqiqət oldu.
Kerbelayi Malik ağa:
Beləcə Rəbbinin ‘onların atəş əhli olduğu’ sözü kafirlərin üzərinə haqq oldu.
Ələsgər Musayev:
Belə haqq oldu kəlməsi sənin Rəbbinin, üzərində o kəslərin ki, kafir oldular - həqiqətən, onlar od əshabıdırlar!
A.Mehdiyev və D.Cəfərli:
Rəbbinin bütün kafirlər barəsindəki hökmü (keçmişlər barəsində olduğu kimi) belə sabit gerçəkdir ki: «Onlar od əhlidirlər!»
Kövsər Tağıyev:
Beləliklə, Rəbbinin inkar edənlər haqqındakı: “Onlar cəhənnəmliklərdir” sözü gerçəkləşdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərin cəhənnəmlik olacaqları barəsində sənin Rəbbinin sözü onlar üçün beləcə gerçəkləşdi.
Sabirə Dünyamalıyeva:
bax beləcə kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] haqqında Rəbbinin "Şübhəsiz ki, onlar atəşin əhlidir" sözü haqq oldu.