Əlixan Musayev:
O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, kökslərdə olanları bilir.
Bünyadov-Məmmədəliyev:
Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!
Elmir Quliyev
:
Он увеличивает день за счет ночи и увеличивает ночь за счет дня. Он знает о том, что в груди.
Ələddin Sultanov:
O, gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, qəlblərdəkini də bilir.
Kerbelayi Malik ağa:
Gecəni gündüzə və gündüzü gecəyə çevirər. O, qəlblərdə olanı ən yaxşı biləndir.
Ələsgər Musayev:
Cövlan edir gecəni
gündüzdə və cövlan edir gündüzü gecədə. O Alimdir zatı ilə
ürəklərin!
A.Mehdiyev və D.Cəfərli:
Gecəni (qışın əvvəlindən yayın əvvəlinə kimi altı ay ərzində tədricən) gündüzə daxil edir və (digər altı ayda yayın əvvəlindən qışın əvvəlinə kimi) gündüzü (tədricən) gecəyə daxil edir. O, ürəklərdə olanı (bütün şüur sahiblərinin fikir, düşüncə və sifətlərini) biləndir.
Kövsər Tağıyev:
Gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar. O, sinələrin özünü (qəlblərdə olanı) haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, gecəni gündüzə qatar, gündüzü gecəyə qatar. O, ürəklərin içərisində olanları yaxşı bilir.
Sabirə Dünyamalıyeva:
O, gecəni gündüzün içinə daxil edər, güzdüzü də gecənin içinə daxil edər. O, qəlblərin içini ən yaxşı biləndir.