Mücadilə Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün Allah onların hamısını dirildəcək etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər şeyə şahiddir.
Bünyadov-Məmmədəliyev:
Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah (onların əməllərini bir-bir) sayıb yazmış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər bir şeyə şahiddir!
Elmir Quliyev :
В тот день Аллах воскресит их всех и поведает им о том, что они совершили. Аллах исчислил это, а они забыли. Аллах Свидетель всякой вещи.
Ələddin Sultanov:
O gün Allah onların hamısını dirildəcək etdikləri əməlləri özlərinə xəbər verəcəkdir. Allah onları (etdikləri əməlləri bir-bir) saymışdır, onlar isə onu unutmuşlar. Allah hər şeyə şahiddir.
Kerbelayi Malik ağa:
O gün Allah hamısını yenidən dirildəcək. Sonra onlara etdikləri şeyləri xəbər verəcək. Allah onların unutduqlarını (tək-tək) saydı (qeyd etdi). Allah hər şeyə şahiddir.
Ələsgər Musayev:
O gün qaldıracaq Allah cəmiyyən onları xəbər verəcək onlara ilə ki, əməl ediblər. Hesabladı onu Allah onlar isə unutdular. Allah üzərində külli şeyin Şahiddir!
A.Mehdiyev və D.Cəfərli:
Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir; (o işlər barəsində ki,) Allah onların hamısını axıradək saymış, onlar özləri isə unutmuşlar. Allah hər şeyə şahiddir hazırdır.
Kövsər Tağıyev:
Allahın onların hamısını birdən dirildib etdiklərini onlara xəbər verəcəyi günü xatırla. Allah onları sayıb qeyd etmişdir, onlar isə bunları unutmuşlar. Allah hər şeyə şahiddir.
M.Qənioğlu və T.Bilaloğlu:
O gün Allah onların hamısını dirildəcək, etdikləri əməllər barəsində özlərinə xəbər verəcəkdir. Allah bunu hesablayıb, onlar isə bunu unudublar. Axı Allah hər şeyə şahiddir.
Sabirə Dünyamalıyeva:
Allah onların hamısını dirildəcəyi gün, işlədikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onların etdikləri şeyləri bir-bir saymışdır, onlar isə unutmuşlar. Allah, hər şeyə ən yaxşı şahiddir.