Əlixan Musayev:
Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).
Elmir Quliyev
:
О те, которые уверовали! Оберегайте себя и свои семьи от Огня, растопкой которого будут люди и камни. Над ним есть ангелы суровые и сильные. Они не отступают от повелений Аллаха и выполняют все, что им велено.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Odun başında Allahın özlərinə verdiyi əmrlərə asi olmayan, özlərinə əmr olunanı yerinə yetirən sərt təbiətli və güclü mələklər vardır.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Yanacağı insanlar və daşlar olan atəşdən özünüzü və ailənizi qoruyun. Onun üzərində çox güclü və çox sərt (mərhəmətsiz) mələklər vardır. Allahın onlara verdiyi əmrlərdə Allaha asi olmazlar və verilən əmrləri yerinə yetirərlər.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Qoruyun nəfsinizi və
ailənizi oddan, hansı ki, odunu insanlar və daşlardır. Üzərində
onun mələklər – qəliz, şiddətli – Allahın əmrinə asi olmazlar.
Fəaliyyət edərlər nə ki, onlara əmr olunub.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar.
Kövsər Tağıyev:
Ey iman edənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan atəşdən qoruyun. O atəşin başında çox qatı, sərt, Allahın onlara verdiyi əmrlərə qarşı gəlməyən və onlara əmr ediləni yerinə yetirən mələklər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Еу iman gətirənlər, özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan cəhənəm odundan qoruyun! Odun başında isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, onlara buyurulanları yerinə yetirən sərt, rəhmsiz mələklər vardır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Özünüzü və yaxınlarınızı, yanacağı insanlar və daşlar olan bir Atəşdən qoruyun. Atəşin üstündə, Allaha asi olmayan, verilən əmrləri yerinə yetirən sərt və kobud [tapşırıq almış] qüvvələr var.