Haqqə Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ad (tayfası) isə hədsiz soyuq şiddətli küləklə yox edildi.
Bünyadov-Məmmədəliyev:
Ad (qövmü) isə uğultulu, çox (soyuq və) şiddətli bir küləklə tar-mar oldu.
Elmir Quliyev :
Адиты же были истреблены ветром морозным (или завывающим), лютым.
Ələddin Sultanov:
Ad qövmü isə uğultulu şiddətli bir qasırğa ilə məhv edildi.
Kerbelayi Malik ağa:
Ad qövmü isə (o da) bu səbəblə çox soyuq şiddətli əsən bir fırtına ilə həlak edildi.
Ələsgər Musayev:
Amma Adlılar. Sərasər əsən, donduran yel vasitəsilə həlak oldular.
A.Mehdiyev və D.Cəfərli:
Amma Ad qövmü şiddətlə əsən, soyuq, uğultulu gurultulu bir küləklə məhv oldular.
Kövsər Tağıyev:
Ad qövmünə gəlincə onlar da uğultulu dondurucu şiddətli bir küləklə həlak edildi.
M.Qənioğlu və T.Bilaloğlu:
Ad camaatı isə uğultulu, şiddətli bir küləklə məhv edildi.
Sabirə Dünyamalıyeva:
Ad qövmünə gəldikdə; onlar gurultulu azğın bir fırtına ilə dəyişikliyə/məhvə məruz qoyuldular.