Əraf Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz, mütləq elçi göndərilən ümməti göndərilmiş elçiləri sorğu-suala tutacağıq.
Bünyadov-Məmmədəliyev:
(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik.
Elmir Quliyev :
Мы непременно спросим тех, к кому были отправлены посланники, и непременно спросим самих посланников.
Ələddin Sultanov:
Şübhəsiz ki, peyğəmbər göndərilənləri də, peyğəmbərləri mütləq sorğu-sual edəcəyik.
Kerbelayi Malik ağa:
O zaman özlərinə rəsullar göndərilən kimsələri göndərilən rəsulları şübhəsiz sorğu-suala tutacağıq.
Ələsgər Musayev:
Biz sual edəcəyik o kəslərdən ki,göndərmişik onlara sual edəcəyik mürsəllərdən.
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, şübhəsiz, Biz həm peyğəmbərlərin göndərildiyi kəslərdən («Bizim peyğəmbərlərimizə cavab verdiniz?» deyə) soruşacağıq həm peyğəmbərlərdən («Mənim tapşırdıqlarımı çatdırdınız ya yox sizin dəvətinizə cavab verdilər?» deyə) soruşacağıq.
Kövsər Tağıyev:
Özlərinə peyğəmbər göndərilənləri mütləq sorğu-sual edəcəyik. Əlbəttə, peyğəmbərləri sorğu-sual edəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
Özlərinə peyğəmbər göndərilənlərdən mütləq sorğu-sual edəcəyik, peyğəmbərlərdən mütləq sorğu-sual edəcəyik.
Sabirə Dünyamalıyeva:
And olsun ki, elçi göndərdiklərimizi sorğu-suala çəkəcəyik, and olsun ki, göndərilən elçiləri sorğu-suala çəkəcəyik.