Əlixan Musayev:
Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. (Bu isə) onların azğınlığını artırırdı.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, (Cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər).
Elmir Quliyev
:
Мужи из числа людей искали покровительства мужей из числа джиннов, но они только увеличивали в них страх (или беззаконие).
Ələddin Sultanov:
Həqiqətən, insanlardan bəziləri cinlərdən bəzilərinə sığınır və onların azğınlıqlarını artırırdılar.
Kerbelayi Malik ağa:
İnsanlardan bəziləri cinlərdən bəzilərinə sığınırdılar. Beləcə onların azğınlıqlarını artırdılar.
Ələsgər Musayev:
Həqiqətən, insanlardan olan kişilər pənah apardılar cinlərdən
olan kişilərə və onlar artırdılar onlara ağılsızlığı.
A.Mehdiyev və D.Cəfərli:
«İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar».
Kövsər Tağıyev:
“Doğrusu, insanlardan bəziləri cinlərdən bəzilərinə sığınırdılar, cinlər onların azğınlıqlarını artırırdı”.
M.Qənioğlu və T.Bilaloğlu:
insanlardan bəziləri cinlərdən bəzilərinə pənah gətirir və onlar da bunların azğınlığını artırırdılar.
Sabirə Dünyamalıyeva:
Həqiqətən də insdən; çox yaxşı tanıdığımız kəslərdən bəziləri, cindən; tanımadığımız yad kəslərdən bəzilərinə pənah aparırdılar. Beləliklə də, o yadlar, onların azğınlığını, axmaqlıqlarını artırırdılar.