Əlixan Musayev:
Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər, sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər.
Bünyadov-Məmmədəliyev:
Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər.
Elmir Quliyev
:
Они препирались с тобой относительно истины после того, как она стала очевидна, словно их вели на смерть, и они наблюдали за этим.
Ələddin Sultanov:
Həqiqət ortaya çıxdıqdan sonra, ölümə sürüklənirlərmiş kimi (narazıçılıq içində) baxaraq onun barəsində səninlə mübahisə edirlər. (Bədr döyüşündən əvvəl müsəlmanlardan bəziləri Həzrət Peyğəmbərin yanına gələrək döyüş barəsində onunla mübahisə etmiş və belə demişdilər: “Biz karvanı ələ keçirmək üçün yola çıxmışdıq. Əgər döyüşə getdiyimizi bilsəydik, bunun üçün hazırlıq görərdik”. Yuxarıdakı ayədə, onların həddindən artıq ölümdən qorxduqları üçün bu şəkildə mübahisə etdiklərinə işarə olunmuşdur.)
Kerbelayi Malik ağa:
Onlar sanki göz görə-görə ölümə sürüklənirlərmiş kimi, (vəziyyət) ortaya çıxdıqdan sonra da haqq barəsində səninlə mübahisə edirlər.
Ələsgər Musayev:
Haqda səninlə mücadilə edirdilər, ondan sonra ki, onlara bəyan olmuşdu, sanki onları ölümə tərəf sövq edirlər və onlar baxırlar.
A.Mehdiyev və D.Cəfərli:
Səninlə o haqq iş (Bədr döyüşünə getmək) barəsində (onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi) aydın olduqdan sonra, mübahisə edirdilər (ki, bu cihad döyüşündə qüvvələr bərabər deyildir). (Onlar elə qorxu və vəhşət içində idilər ki,) sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər!
Kövsər Tağıyev:
Həqiqət açıq-aşkar ortaya çıxdıqdan sonra sanki göz görə-görə ölümə sürüklənirmiş kimi səninlə o barədə mübahisə edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
(haqq) aydın olandan sonra belə onun barəsində səninlə mübahisəyə girişdilər, sanki gözləri baxa-baxa onları ölümə sürükləyirdilər.
Sabirə Dünyamalıyeva:
Və onlar, həqiqət açıqca bəyan edildikdən sonra, həqiqət barədə səninlə elə mübahisə edirdilər ki elə bil göz görə-görə özləri ölümə sürüklənirdilər.