İnşiqaq Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
Bünyadov-Məmmədəliyev:
Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)
Elmir Quliyev :
О человек! Ты стремишься к своему Господу и встретишься с Ним.
Ələddin Sultanov:
Ey insan! Həqiqətən, sən Rəbbinə qovuşana qədər çalışıb çabalayırsan. Nəhayət, Ona qovuşacaqsan.
Kerbelayi Malik ağa:
Ey insan! Şübhəsiz ki, sən Rəbbinə doğru (yola çıxaraq) cəhd ilə nəfsinlə cihad edərsən. Sonunda Ona mülaki olarsan.
Ələsgər Musayev:
Ay insan! Həqiqətən, sən çatmağa çalışırsan Rəbbinə. Çatacaqsan görüşəcəksən Onunla!
A.Mehdiyev və D.Cəfərli:
Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal cəlalını, savab cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan.
Kövsər Tağıyev:
Ey insan! Şübhəsiz, sən Rəbbinə (qovuşana qədər) çalışıb çapalayacaq axırda səyinin qarşılığına qovuşacaqsan.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insan! Sən öz Rəbbinə tərəf can atırsan. Sən Ona mütləq qovuşacaqsanl
Sabirə Dünyamalıyeva:
Ey insan! Şübhəsiz ki, sən Rəbbinə doğru qaçdıqca qaçırsan. Sonunda da Ona qovuşacaqsan.